top of page

Flandriya çöllərində

 

Flandriya çöllərində,

Çəmənin hər yerində

Qızıl lalələr açır,

Alov tək şəfəq saçır

Xaçların arasında.

Hərbin düz ortasında

Sükut  çələng toxuyur,

Quşlar nəgmə oxuyur.

Və ...bu da biz...

 

Ölmüşük hər birimiz.

Hələ dünən sağ idik,

Küləklərə inanan,

Sevgi içində yanan,

Qayğısız uşaq idik.

Bu gün isə ölmüşük,

Flandriya çöllərində

Lalələrə dönmüşük...

 

İndisə növbə sənin,

Bura sənin Vətənin!

Silahı əlimizdən,

Andını dilimizdən

Alıb döyüşə atıl,

Bu çöllər qana batıb.

Sənsə sağ qalacaqsan,

Bayrağını ucaldıb

Qələbə çalacaqsan!

Bizlərsə əbədiyyən

Burada olacağıq,

Flandriya çöllərində

Yuxusuz qalacağıq...

bottom of page